Ukrayna baş nazirinin yanacaq-energetika məsələləri üzrə müavini Andrey Klyuyev işgüzar səfərlə Brüsselə yola düşüb. Orada yanvarın 3-da Avropa energetika forumunda iştirak edəcək və AB ilə əməkdaşlıq kontekstində Ukraynanın energetika siyasətini təqdim edəcək.
Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, baş nazir müavininin mətbuat xidmətindən verilən məlumata görə, A.Klyuyevin səfər proqramına Avropa Komissiyasının vitse-prezidenti, Nəqliyyat məsələləri üzrə komissar Jak Barro, AB-nin xarici münasibət məsələlələri üzrə komissarı Benita Ferero- Valdner və AB-nin energetika məsələləri üzrə komissarı Andris Pibalqsla və b. ilə görüşlər daxildir.