...

Rusiya səfiri etimadnamələri Gürcüstan prezidentinə təqdim edəcək

Dünya xəbərləri Materials 30 Yanvar 2007 14:04 (UTC +04:00)

Gürcüstanın xarici siyasi idarəsinin başçısı Gela Bejuaşvili və RF-nin Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə məsləhətləşmələrin davam etdirilməsi haqqında razılaşıblar. Bu barədə jurnalistlərə bu gün Bejuaşvili ilə görüşün sonunda Rusiya səfiri məlumat verib.

"Biz razılaşdıq ki, sabah 16.00-da mən etimadnamələrimi Gürcüstan prezidentinə verəcəyəm, sonra isə mənim Gürcüstandakı səlahiyyətlərim tanınacaq və mən öz öhdəliklərimin icrasına daha fəal şəkildə başlaya biləcəyəm", - deyə Kovalenko vurğulayıb.

Trend in Tbilisidəki xüsusi müxbirinin verdiyi xəbərə görə, rusiyalı səfir təsdiq edib ki, artıq fevralın 6-7-də Moskvada Rusiya və Gürcüstan arasında hava nəqliyyatının bərpa olunması üzrə danışıqlar keçiriləcək. "Biz digər istiqamətlər üzrə də məsləhətləşmələri fəal şəkildə aparmaq niyyətindəyik", - deyə o bildirib. Lakin Gürcüstan vətəndaşları üçün vizaların verilməsi prosesinin bərpa olunması ilə bağlı Kovalenko hər hansı bəyanat verməkdən çəkinib.

Xəbər lenti

Xəbər lenti