...

Malayziyada vertolyot qəzaya uğrayıb, 12 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 30 Yanvar 2007 16:53 (UTC +04:00)

Cənubi Çin dənizinin Malayziya sahillərində göyərtəsində 12 nəfəri - iki pilot və 10 neft buruğu işçisinin olduğu vertolyot dənizə düşüb. Onların hamısı itkin düşmüş hesab olunur. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

(c) Reuters yerli KİV-lərə istinadən xəbər verir ki, hazırda xilasetmə xidmətləri itkin düşənləri axtarır. Başqa təfsilatlar haqqında hələ məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti