...

Gürcüstan prezidenti bu gün hökumət iclasında yeni təşəbbüslərlə çıxış edəcək

Dünya xəbərləri Materials 31 Yanvar 2007 11:52 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün gözlənilmədən hökumətin iclasında iştirak etmək barədə qərar verib. Trend in Tbilisidəki müxbirinə Energetika naziri Giorgi Arveladze bildirib ki, prezident Mixail Saakaşvili yeni təşəbbüslər təqdim edəcək.

Lakin nazir konkret olaraq hansı təşəbbüslərdən söhbət gedəcəyini dəqiqləşdirməyib. Hökumətin iclası saat 12.00-da başlayacaq, lakin hələ ki, iclas keçəcəyi yerdə prezident yoxdur. Onun iclas başlayana qədər əsas məsələrlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti