...

Vladimir Putin Almaniyaya işgüzar səfərə yola düşür

Dünya xəbərləri Materials 9 Fevral 2007 11:27 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin bu gün Almaniyaya işgüzar səfərə yola düşür. "Mayak" radiostansiyası xəbər verir ki, dövlət başçısının köməkçisi Sergey Prixodkonun sözlərinə görə, V.Putin təhlükəsizlik üzrə 43-cü Münxen konfransında iştirak edəcək, həmçinin AFR kansleri Angela Merkel, Bavariya baş naziri Edmund Ştoyber və "Allianz" şirkəti rəhbəri Mixael Dikmannla görüşəcək.

S.Prixodko qeyd edib ki, Rusiya dövləti başçısının AFR kansleri ilə danışıqları əsasən beynəlxalq tematika ətrafında olacaq, Bavariya baş naziri ilə danışıqlar isə regional əməkdaşlığa dair olacaq. Bu barədə www.rbc.ru istinadən Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti