...

Ali Milli Təhlükəsizlik şurasının katibi: İran müəyyən şərtlərlə uranın zənginləşdirilməsindən imtina edə bilər

Dünya xəbərləri Materials 12 Fevral 2007 16:34 (UTC +04:00)

İran müəyyən şərtlərlə uranın zənginləşdirilməsindən imtina edə bilər. Bu barədə İranın Ali Milli Təhlükəsizlik şurasının katibi Əli Laricani bildirib.

O, Almaniyanın "Xandelsblat" qəzetinə verdiyi müsahibəsində bildirib: "Biz dinc nüvə texnologiyalarına malik olmaq istəyirik". Onun sözlərinə görə, əgər istilik ayıran elementlərin tədarükünə zəmanət verilsə, "bizə bu texnologiyanı inkişaf etdirmək lazım olmayacaq".

Eyni zamanda Laricani ABŞ və Fransanı ittiham edib ki, onlar nüvə sahəsində olan müqavilələri pozaraq, İranın nüvə proqramı ətrafında münaqişənin yaranmasına səbəb oldular. Bu barədə Trend www.itar-tass.com saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti