2006-cı ildə Ukraynanın xarici ticarət balansının mənfi saldosu 2 mlrd. 973,7 mln. dollar təşkil edib, 2005-ci ildə isə bu, 1 mlrd. 291,8 mln. dollar müsbət saldo təşkil edib.
Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Statistika Komitəsi məlumat verib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin yekunu üzrə ixrac 45 mlrd. 873,1 mln. dollar (2005-ci ildə - 40 mlrd. 363,1 mln. dollar), idxal - 48 mlrd. 846,9 mln. dollar (39 mlrd. 071,3 mln. dollar) təşkil edib.