...

Ukraynanın Baş Prokurluğu "Neftqaz Ukrayna"nın keçmiş rəhbərliyinə qarşı cinayət işi qaldırıb

Dünya xəbərləri Materials 2 Mart 2007 20:58 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukraynanın Baş Prokurorluğu fevralın 27-də şirkət rəhbərlərinin xərclərin artırılması faktına əsasən "Neftqaz Ukrayna"nın keçmiş rəhbərliyinə qarşı cinayət işi qaldırıb. Bu barədə Baş Prokuror müavini Tatyana Kornyakova Prokurorluğun Kollegiya iclasında məlumat verib. Onun sözdərinə görə, 2005-ci ilin noyabrından 2006-cı ilin mart ayına qədər olan dövrdə "Neftqaz Ukrayna"nın keçmiş sədri və onun 4 müavini 700 min qrn. məbləğində mükafat alıb.

Yanvar ayının sonlarında Ukrayna Baş Prokurorluğu Baş Yoxlama-təftiş İdarəsinin materialları əsasında 9 cinayət işinin qaldırıldığını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti