...

Belarus Respublikasının prezidenti Birləşmiş Ərəb Əmirliyinə səfərə başlayır

Dünya xəbərləri Materials 5 Mart 2007 14:45 (UTC +04:00)

İki ölkənin siyasi və ticarət-iqtisadi əlaqələrinin inkişafı Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) bu gün başlayacağı danışıqlarda əsas hədəfdir. Hazırda BƏƏ İran körfəzi ölkələri arasında Belarusun aparıcı ticarət-iqtisadi tərəfdaşıdır. 2006-cı ildə iki ölkə arasında əmtəə tədavülünün həcmi 26,1 mln.dollar təşkil edib. Bu, Belarus prezidentinin BƏƏ-yə ikinci səfəridir. İlk dəfə o, bu ölkəyə 2000-ci ilin martında gəlib. Aleksandr Lukaşenkonun BƏƏ-nin prezidenti Şeyx Xəlifə bən Zaid Əl Naxayla görüşəcək. İnvestisiya məsələləri, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla iqtisadiyatın müxtəlif sahələrində ticarət əlaqələrinin inkişafına xüsusi diqqət ayrılacaq. İTAR-TASS -ın məlumatına görə, səfər çərçivəsində bir sıra ikitərəfli müqavilələrin imzalanacağı güman edilir.

Xəbər lenti

Xəbər lenti