...

Laosda "quş qripi"ndən insanların xəstələnməsi halı ilə bağlı 2-ci hadisə qeydə alınıb

Dünya xəbərləri Materials 5 Mart 2007 15:33 (UTC +04:00)

(C) Associated Press -in ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Bounlay Fommasakaya istinadən verdiyi məlumata görə, Laosda "quş qripi"ndən insanların xəstələnməsi halıyla bağlı 2-ci hadisə müəyyən edilib.

Yoxlamanın nəticələrinə əsasən Ventyan əyalətindən olan qadında H5 virusuyla "quş qri pi"i aşkarlanıb. Ancaq onun H5N1 öldürücü virusunun daşıyıcısı olması barədə dəqiq məlumatların alınması üçün daha bir neçə gün lazımdır. Bounlay Fommasakanın sözlərinə görə, böyük ehtimalla yerli kənddə yaşayan qadın xəstə quşlarla əlaqə nəticəsində yoluxub. RBK .-nin verdiyi məlumata görə, Laosda "quş qripi"ndən insanların xəstələnməsi halıyla bağlı ilk hadisə fevralın əvvəllərində təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti