...

Filippində avtobusu ələ keçirən cinayətkarlar kasıb uşaqlarına təhsil imkanı verilməsini tələb ediblər

Dünya xəbərləri Materials 28 Mart 2007 17:46 (UTC +04:00)

Reuters.-in məlumatına görə, Filippində şagird və müəllimlərin olduğu avtobusu ələ keçirən cinayətkarlər, əsirlərin azad edilməsi üçün şərt irəli sürüblər. RBK . -nın məlumatına görə, cinayətkarlardan biri bu şərtlə hökumətə təslim olmağa hazır olduğunu bildirib ki, Manila şəhərində 145 kasıb uşaqlarına təhsil almaq imkanı verilsin. "Mən evimə - uşaqlarımın yanına qayıtməq istəyirəm - əgər siyasətçilər zəmanət versə ki, bu uşaqlar kollecdə təhsil alacaqlar, onda mən təslim oluram " - deyə bir kişi bildirib. Əvvəlcə məlumat verilirdi ki, 2 cinayətkar məktəb avtobusunu ələ keçirib. Avtobusda cinayətkarlardan başqa 32 şagird və 2 müəllim var. Reuters-in məlumatına görə, milisin təqibindən yayınmaq istəyən 2 silahlı kişi avtobusa daxil olub və içəridə olanların hamısını əsir götürüblər. Yerli telekanalların efirə verdiyi videolentlərə əsasən, əsirlərdən heç biri zədələnməyib.Cinayətkarların avtomat, tapança və 2 qranatla silahlandıqları bildirilir. Avtobus xüsusi təşkil olunmuş qüvvələr tərəfindən mühasirəyə alınıb. Hökumət cinayətkarlarla əsirlərin azad edilməsi üçün danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti