...

Almaniya kansleri Yaxın Şərqə səfərə yola düşür

Dünya xəbərləri Materials 31 Mart 2007 11:15 (UTC +04:00)

Avropa Birliyi və "Böyük səkkizlik"də sədrlik edən Almaniyanın kansleri Angela Merkel şənbə günü üçgünlük işçi səfərlə Yaxın Şərqə yola düşür.

Federal hökumətin mətbuat və informasiya idarəsi nümayəndəsinin RİA Novosti - yə verdiyi məlumata əsasən, Almaniya nazirlər kabineti rəhbərinin Yaxın Şərq turnesi martın 31-də İordaniyadan başlayacaq. Sonra Merkel İsrail və Fələstin Muxtariyyətinə baş çəkəcək (31 mart-1 aprel) və səfərini aprelin 2-də Livana səfərlə başa vuracaq.

"Bununla yanaşı, kansler bu dövlətlərin rəhbərləri ilə şəxsi görüşlərində onun mütəmadi olaraq bütün maraqlı tərəflərlə telefon danışıqları apararaq Yaxın Şərq prosesinin həll edilməsi ilə bağlı fəal məsləhətlərini təklif etməkdə davam edəcək. Bu turneni Merkelin bu ilin fevralında Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytə sülhməramlı missiyasının davamı adlandırmaq olar", deyə agentliyin həmsöhbəti bildirib.

AFR kansleri İordaniya kralı, İsrailin baş naziri, Fələstin Milli Muxtariyyətinin rəhbəri, Livanın baş naziri ilə görüşəcək və Livanda Almaniyanın sülhməramlı YUNİFİL kontingentinin yerləşdiyi yerə baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti