...

BMT Təhlükəsizlik Şurası bu gün gürcü-abxaz münaqişəsi zonasındaki vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 10 Aprel 2007 12:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ BMT Təhlükəsizlik Şurası qapalı rejimdə gürcü-abxaz münaqişəsi zonasındaki vəziyyəti müzakirə edəcək. Gürcüstan XİN-dən verilən məlumata əsasən Təhlükəsizlik Şurası konkret olaraq martin 13-də Kodor dərəsində baş verən insidenti müzakirə edəcək. Həmin insident zamani üç gürcü kəndi artilleriya qurğularından və vertolyotlardan atəşə tutulub. Müzakirələrdə Gürcüstanın baş naziri Zurab Noqaideli iştirak edəcək. Rusiya nümayəndə heyətinin toplantıda iştirak etməsini istəyən Abxaziya nümayəndəsinə isə ABŞ hökuməti viza verməyib. Səfirin sözlərinə görə, Moskvada bu addımı münaqişə tərəflərinin birinin diskriminasiyası kimi dəyərləndirirlər.

BMT baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasına qətnamələrin qəbuluna dair 2006-cı ilin oktyabrında qəbul edilən hesabatını təqdim edəcək. Bu sənəddə BMT-nin Qali rayonundakı polis məsləhətçilərinin fəaliyyətlərinin genişləndirilməsi və Abxaziyada BMT-nin insan hüquqları bölməsinin daimi mövcudluğu dəstəklənir. Baş katib hesabatında müəyyən irəliləyişlər olduğunu qeyd edib. Lakin eyni zamanda vurğulayıb ki, bu vaxtadək Tbilisi və Suxumiyə danışıqlar masası arxasına keçməyi tövsiyyə edən qətnamə müddəası yerinə yetirilməyib. Pan Gi Mun həmçinin naməlum şəxslər tərəfindən Kodor dərəsində atəş açılmasını sülh prosesində geriləmə kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti