...

Estoniya Batumi ilə hava əlaqəsi yaratmaq niyyətindədir

Dünya xəbərləri Materials 10 May 2007 19:00 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Estoniya Batumi hava limanı vasitəsilə Gürcüstanla hava əlaqəsi yaratmaq niyyətindədir. Bu barədə bu gün Batumidə səfərdə olan Estoniya prezidenti Toomas Hendrik İlves Acarıstan hökumətinin nümayəndələri ilə görüşdə bəyan edib.

Görüşdə həmçinin estoniyalı biznesmenlər və onların gürcü həmkarları iştirak edib. Görüş zamanı biznes və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Üç ay əvvəl Acarıstan hökumətinin rəhbəri səfərlə Baltikyanı dövlətlərdə olub. Səfər zamanı Riqa və Batumi arasında mütəmadi aviareyslər barədə sazişlər rəsmiləşdirilib.

Gürcüstana rəsmi səfərlə mayın 7-də gələn Estoniya prezidentini Estoniyanın ticarət-sənaye palatasının prezidenti Toomas Lumanın başçılıq etdiyi 42 estoniyalı biznesmendən ibarət nümayəndə heyəti müşayiət edir.

Xəbər lenti

Xəbər lenti