Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Fransa prezidentinin sözçüsü David Martinon (David Martinon) bildirib ki, bolqar tibb bacılarının öz ölkələrinə ekstradisiyasından sonra Fransanın prezidenti Nikola Sarkozinin günün ikinci yarısında Tripoliyə səfəri gözlənlir.
O, Liviya prezideti Müəmmər Qəzzafi (Mouammar Kadhafi) ilə əməkdaşlığa dair müzakirələr aparacaq. Nüvə sahəsində əməkdaşlığa dair müzakirələrin aparılması da istisna deyil.
Onun sözlrinə görə, bolqar tibb bacılarının azad olunmasının qarşılığında Liviya ilə münasibətləri yenidən qurmaq, onlara yeni forma vermək və diplomatik əlaqələrə yenidən təkan vermək dayanır. O, Liviyanın 4000 km quru və 2000 km su sərhədinin olmasını xüsusi qeyd edərək, onun "Aralıq dənizi hövzəsində tərəfdaş" kimi Fransa üçün "əhəmiyyət kəsb etdiyini" vurğulayıb. O həmçinin qeyd edib ki, səfər çərçivəsində immiqrasiya məsələləri də müzakirə mövzusu olacaq.
Səfərin digər məqsədi ticari münasibətlərdə dönüş yaratmaqdır. " Bu cür münasibətlərin qurulmasında kifayət qədər marağı olan bir ölkə ilə ticarət əlaqələrimizi inkişaf etdirəcəyik"- deyə o bildirib.