Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitskiy/ 2007-il iyulun 25-də GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin Portuqaliyanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Joze Manuel Pesanya Vieqaşla görüşü olub. Bu barədə GUAM-ın Kiyevdəki İnformasiya Ofisi məlumat yayıb.
Verilən xəbərə əsasən, Çeçelaşvili portuqaliyalı diplomatı bu il iyunun 19-da Bakıda keçirilən GUAM sammitin nəticələri, prioritetləri, məqsədləri və Azərbaycanın təşkilata sədrliyi dövründəki vəzifələr barədə məlumatlandırıb.
Görüş zamanı həmçinin Portuqaliyanın Avropa Birliyindəki sədrliyi müddəti ərzində AB-GUAM əməkdaşlığının perspektivləri müzakirə olunub.