...

Gürcüstan NATO-ya ərazisinin Rusiya təyyarələri tərəfindən bombalanması barədə məlumat verib

Dünya xəbərləri Materials 9 Avqust 2007 13:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi/müx. Trend N.Kirtsxalia/ Gürcüstan NATO-ya ərazisinin avqustun 6-da Rusiya təyyarələri tərəfindən bombalanması barədə məlumat verib. Gürcüstan XİN-dən verilən məlumata görə, bu barədə NATO baş katibinin müavini Alessandro Minuto Risosaya telefon söhbəti zamanı Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Gela Bejuaşvili məlumat verib.

O, Risosa ilə söhbətində bildirib ki, avqustun 6-da SU-24 tipli iki rus təyyarəsi Gürcüstanın hava məkanına daxil olub və onlardan biri Sitelubani yaşayış məntəqəsinə raket zərbəsi endirib. Tərəflər qeyd edibəlr ki, "dövlətin suverenliyinə qarşı bu yolverilməz hücüm" faktı ilə bağlı "vaxtında və adekvat" tədbirlər görmək lazımdır.

Xəbər lenti

Xəbər lenti