...

İsrail ordusunun Qəza sektorunun cənubunda apardığı hərbi əməliyyatlar zamanı dörd HƏMAS döyüşçü məhv edilib

Dünya xəbərləri Materials 14 Avqust 2007 17:40 (UTC +04:00)
İsrail ordusunun Qəza sektorunun cənubunda apardığı hərbi əməliyyatlar zamanı dörd HƏMAS döyüşçü məhv edilib

İsrail, Qüds, / Trend , müxbir Y.Mişiyev/ İsrail ordusunun, SAXAL-ın Qəza sektornunun cənubunda hərbi əməliyyatları zamanı bu gün, avqustun 14-də dörd HƏMAS döyüşçüsü məhv edilib, "Kol İsrail" radiosunun yaydığı məlumatda belə deyilir. Məhv edilmiş terrorçulardan biri HƏMAS-ın Xan-Yunisdəki liderlərindən biri Məhəmməd Əbu Mismahah olub. Həmçinin 14 nəfərin yaralandığı da bildirilir ki, onların arasınada ən azı 5 "İslam Cihadı" döyüşçüsü var, digərləri isə HƏMAS-a məxsusdur.

İsrailin Müdafiə Ordusunun məbuat xidmətinin məlumatına görə, SAXAL-nın "Qolani" briqadasının 51-ci batalyonu zirehli tanklar və mühəndis qoşunları və vertolyotların köməyi ilə Qəza bölgəsində, Rafiaxa və Xan-Yunis rayonlarında gecə başlamış əməliyyatı son iki gün ərzində davam etdirir. "Son iki gün ərzində dünən axşam və bu gün səhər olmaqla Xan-Yunis rayonundakı obyektlərə üç hava hücumları olub. Bu hücumların hədəfi silahlı döyüşçülər olub " - deyə İsrail ordusunun nümayəndəsi bildirilib.

Hələ də davam edən əməliyyatın məqsədi terrorçuların axtarışı və neytrallaşdırılması, Misirdən Qəza bölgəsinə silah daşındığı və İsrailə doğru aparan yeraltı tunellərin aşkar edilməsidir (belə tunellərdən biri vasitəsilə təxminən bir əvvəl terrorçular İsrail ərazisinə daxil olaraq İsrail əsgəri Qilad Şalitanı əsir götürüblər).

Fələstin mənbələrinə istinadən "Ynet" agenliyinin verdiyi mlumata görə, SAXAL-ın hissələri əməliyyat rayonunda bir sıra yaşayış məskənlərini nəzarətə alıb və 16-40 yaşlı bütün kişilərə evləri tərk etməyi əmr ediblər.

Hərbçilərin bildirdiyinə görə, gələcəkdə də İsrail ərazisinə raket və minomyot zərbələrinin və yeraltı tunellərin çəkilməsini aradan qaldırmaq məqsədilə Qəza sərhədində terrorçulara cavab zərbələri endiriləcək.

Xəbər lenti

Xəbər lenti