...

Referendumla bağlı bir sıra prosedurlar bu gün başa çatır

Siyasət Materials 27 Avqust 2016 10:10 (UTC +04:00)
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla bağlı bir neçə mərhələ bu gün başa çatır.
Referendumla bağlı bir sıra prosedurlar bu gün başa çatır

Bakı. Elçin Mehdiyev – Trend:

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refenduma hazırlıqla əlaqədar bir neçə mərhələ bu gün başa çatır.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermə günü xarici dövlətlərdə olan və konsulluqlarda qeydiyyata düşmüş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti avqustun 27-də başa çatır.

Avqustun 27-də referendum aktı layihəsinin çap edilməsi və yayılmasının təmin edilməsi, seçki məntəqələrinin ərazisində referendum qabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti də başa çatır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, referendum 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti