...

Azərbaycanda üzən məzənnə rejimininin gənclər siyasəti üzrə layihələrin həyata keçirilməsinə təsiri açıqlandı

Cəmiyyət Materials 21 Dekabr 2015 13:01 (UTC +04:00)
Azərbaycanda üzən məzənnə rejiminə keçilmə ilə əlaqədar gənclər siyasəti üzrə layihələrin həyata keçirilməsi sahəsində maksimum qənaətə riayət etməyə çalışacağıq.
Azərbaycanda üzən məzənnə rejimininin gənclər siyasəti üzrə layihələrin həyata keçirilməsinə təsiri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda üzən məzənnə rejiminə keçilmə ilə əlaqədar gənclər siyasəti üzrə layihələrin həyata keçirilməsi sahəsində maksimum qənaətə riayət etməyə çalışacağıq. Bunu Trend-ə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini hesab edir ki, üzən məzənnə rejimi ümumilikdə dövlət büdcəsinə müəyyən qədər təsir göstərə bilər: "Amma gənclər siyasəti dövlət üçün hər zaman önəmli olub. Bu il biz artıq manatın devalvasiyasını yaşamışıq. Bu devalivasiya çərçivəsində siyasətimizdə müəyyən korrektələr edərək işimizi davam etmişik. Bu dəfə də çalışacağıq ki, daha maksimum qənaət edək, israfa yol verməyək və gənclərmizin inkişafı üçün ən aktual olan layihələrin icrasına nail olaq".

İ.Babayev bu ili gənclər siyasəti və idman sahəsində çox uğurla başa çatdırdıqlarını da söyləyib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti