...

Batumidə azərbaycanlı turistləri aldadan şirkətin əməkdaşları saxlanılıb

Cəmiyyət Materials 12 Avqust 2016 15:31 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanlı turistləri Batumidə aldadaraq çətin vəziyyətə qoyan turizm şirkətlərinin əməkdaşları yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.

“İnTravel” şirkətindən Trend-ə verilən məlumata görə isə, həmin iki şəxs Batumiyə səfər üçün onlara müraciət edib. Şirkət öz növbəsində həmin tursitləri "Ray travel" və "Altur" turizm şirkətlərinə yönəldib və onlar ümumi turist qrupuna daxil edilib. “İnTravel” şirkətindən həmçinin qeyd ediblər ki, həmin iki turistə Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.

Baş Konsulluğun Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı açıqlaması

Baş Konsulluğun Batumidə aldadılan azərbaycanlı turistlərlə bağlı açıqlaması

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti