...

Paytaxtda üzərində xəsarətlər olan kişi meyiti tapılıb

Cəmiyyət Materials 13 Oktyabr 2016 09:52 (UTC +04:00)
Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
Paytaxtda üzərində xəsarətlər olan kişi meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

Bakıda üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 12-də baş verib. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində küçədən üzərində xəsarətlər olan meyit tapılıb. Aparılan araşdırmalar zamanı meyitin Məmmədov Zakir Fərrux oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İstintaq orqanında cinayətin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti