...

İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" işıq üzü görüb

Cəmiyyət Materials 16 Yanvar 2017 15:44 (UTC +04:00)
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı işıq üzü görüb.
İkicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" işıq üzü görüb

Bakı. Trend:

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – ikicildlik "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ilk ədəbi nümunələri ilə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuş Xaqani, Nizami Gəncəvi, Füzuli, İ.Qutqaşınlı, M.F.Axundzadə kimi klassiklərdən üzübəri yazıb-yaratmış tanınmış ədiblərin şeir və hekayələri, həyat və yaradıcılığı haqqında məlumatlar yer alan irihəcmli, akademik nəşr elm, ədəbiyyat, incəsənət, təhsil və tədris sahəsi ilə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Kitabın baş redaktoru Afaq Məsud, ön sözünün müəllifi Nizami Cəfərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti