...

Azərbaycan ilk "Boeing 787 Dreamliner" təyyarəsini aldı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2014 13:53 (UTC +04:00)
Çərşənbə axşamı “Boeing” şirkəti ilk “Boeing 787 Dreamliner” təyyarəsinin “Azərbaycan Hava Yolları" ASC-yə çatdırıldığını elan edib.
Azərbaycan ilk "Boeing 787 Dreamliner" təyyarəsini aldı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Emil İsmayılov/

Çərşənbə axşamı "Boeing" şirkəti ilk "Boeing 787 Dreamliner" təyyarəsinin "Azərbaycan Hava Yolları" ASC-yə (AZAL) çatdırıldığını elan edib.

Trend xəbər verir ki, bu barədə "Boeing" şirkətinin saytında yerləşdirilmiş məlumatda deyilir. Məlumata əsasən, bu, AZAL-a MDB məkanında "Boeing 787 Dremliner" təyyarəsini istismar edən ilk aviaşirkət olmaq imkanı verəcək.

AZAL-ın sədri Cahangir Əsgərov bildirib: "Biz bir növ inqilabi təyyarəni almağa şadıq. Təyyarə QSC-yə regional və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa kömək edəcək. Təyyarənin göyərtəsində unikal şərait sərnişinlərə yüksək komfortlu uçuşdan gözəl təəssüratı təmin edəcək".

"Boeing" şirkətinin Yaxın Şərqdə satışlar üzrə vitse-prezidenti Marti Bentrotta bildirib ki, şirkət AZAL-la tərəfdaşlıq münasibətlərinə görə fəxr edir və regionda "Boeing 787" təyyarəsinin ilk istismarçısı statusu münasibətilə aviaşirkəti təbrik edir: "Əməkdaşlığımızın gələcək inkişafına ümid edirik".

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli çərşənbə axşamı Trend-ə deyib ki, Bakı yeni təyyarənin gəlməsini gözləyir: "Təyyarə hələ Bakıda deyil, lakin biz onun gəlişini gözləyirik".

M.Səfərli təyyarənin nə vaxt Bakıya gəlməsi ilə bağlı dəqiq məlumatın olmadığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti