...

AYİB prezidenti bu ilin iyun ayında Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2016 10:48 (UTC +04:00)
Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.
AYİB prezidenti bu ilin iyun ayında Azərbaycana səfər edəcək

Bakı. Trend:

Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb: "Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir".

Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Azərbaycanın İqtisadiyyat naziri Ş.Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib.

AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti