...

Ukrayna təyyarələrini Azərbaycanda yığmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2016 18:13 (UTC +04:00)
Ukrayna AN-178 tipli təyyarələrin Azərbaycanda yığılması üzrə müəssisənin ilkin proqramını və təşkilati strukturunu, tikintisini və fəaliyyətinin təmin edilməsini təqdim edəcək.
Ukrayna təyyarələrini Azərbaycanda yığmaq niyyətindədir

Bakı. Azad Həsənli - Trend:

Ukrayna AN-178 tipli təyyarələrin Azərbaycanda yığılması üzrə müəssisənin ilkin proqramını, təşkilati strukturunu, tikintisini və fəaliyyətinin təmin edilməsini təqdim edəcək.

Trend-in məlumatına görə, bunu Ukrayna Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.

Bununla bağlı razılıq birgə hökumətlərarası komissiyanın XI iclasında əldə olunub.

Onun sözlərinə görə, belə müəssisənin layihə gücü ildə 12-15 təyyarə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti