Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayılov/
"Səngəçal" istilik elektrik stansiyası (İES) 2014-cü ilin yanvar-aprel aylarında təqribən 300,3 milyon kilovat-saat elektrik enerjisi isthesal edib. Bu barədə Trend "Azərenerji" ASC-yə istinadən məlumat verir.
İES-də aprel ayında 81,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Qeyd edək ki, ümumi gücü 300 meqavat olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir.