...

130 mindən çox elektron lotereya bileti satılıb

Telekommunikasiya Materials 27 Noyabr 2015 16:34 (UTC +04:00)
İstənilən vaxt lotereya bileti almaq, lotereya biletləri üzrə rəqəm kombinasiyalarını müəyyənləşdirmək üçün “Azərlotereya” ASC İKT-nin imkanlarından geniş istifadə edir.
130 mindən çox elektron lotereya bileti satılıb

Bakı. Trend:

İstənilən vaxt lotereya bileti almaq, lotereya biletləri üzrə rəqəm kombinasiyalarını müəyyənləşdirmək üçün "Azərlotereya" ASC İKT-nin imkanlarından geniş istifadə edir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, www.azərlotereya.com internet səhifəsi vasitəsilə "Binqo", "Klassik Loto", "Super Loto", "5/36" və "6/40" lotereyalarının elektron satışı həyata keçirilir. Təkcə 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 130 mindən çox lotereya biletinin elektron satışı təşkil edilib.

Lotereya biletlərinin elektron satışını həyata keçirmək üçün "Azərlotereya"nın saytında "Lotereya biletlərinin onlayn satışı" bölməsi yaradılıb. Bu bölmədən istifadə etməklə lotereya biletinin üzərindəki rəqəm kombinasiyalarını da əvvəlcədən təyin etmək mümkündür. Bunun üçün saytda qeydiyyatdan keçmək və balansı artırmaq lazımdır. Lotereya biletinin elektron alışını rahat həyata keçirmək üçün video bələdçinin köməyindən yararlanmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti