...

Bakı Telefon Rabitəsi CDMA xidmətlərinin göstərilməsinə başlayıb

Telekommunikasiya Materials 31 Oktyabr 2005 16:46 (UTC +04:00)

Bakı Telefon Rabitəsi İB (BTRİB) abunəçilərə Code Division Multiple Access (CDMA) xidmətləri göstərməyə başlayıb. Bu barədə Trend ə İB-də bildirilib.

Layihənin icraçısı Çinin Huawei şirkətidir. "CDMA xidmətləri ümumi tutumu 5 min olan 511 indeksasiyasının abunəçilərinə açıqdır" -deyə İB-də qeyd olunub.

CDMA xidmətlərinin göstərilməsi məqsədilə layihə EATS 438, 477 və 453/455-də teleqüllədə müvafiq ötürücülərin quraşdırılmasını əhatə edir. İlkin olaraq CDMA paytaxtın və Abşeron yarımadasının abunəçilərinə açıq olacaq.

CDMA (Code Division Multiple Access - kod bölgüsü ilə çıxış çoxluğu Sistemi) - sonradan GSM tərəfindən işlənib-hazırlanmış və ilk dəfə QUALCOMM tərəfindən tətbiq edilmiş rəqəmli simsiz texnologiyadır. CDMA danışığı rəqəmli informasiyaya konversiya edir və sonra simsiz şəbəkə ilə radiosiqnal kimi göndərilir.

Xəbər lenti

Xəbər lenti