...

Əli Həsənov: Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir

Siyasət Materials 22 Noyabr 2012 13:16 (UTC +04:00)
Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumunun keçirilməsi müsbət haldır.
Əli Həsənov: Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumunun keçirilməsi müsbət haldır. Trend-in məlumatına görə, bunu forumda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin siyasi fəaliyyətinin nəticəsidir.

PA rəsmisi Azərbaycanda gənclər üçün bütün şəraitin yaradıldığını qeyd edib.

Həsənov ümumilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini qeyd edərək deyib ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni impuls verdi.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər açıqdır, qarşılıqlı anlaşma şəraitindədir.

"Siyasi, mədəni və bir çox sahələrdə bu əlaqələr inkişaf edir", - Həsənov deyib.

Qeyd edək ki, bu gün Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumu başlayıb.

Forum Azərbaycan və Rusiyanın dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbiri gənclər və idman naziri Azad Rəhimov açıb.

Nazir deyib ki, ikinci dəfədir, Azərbaycanda keçirilən forumun məqsədi Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətin artırılmasıdır.

Daha sonra tədbirdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin forum iştirakçılarına müraciəti oxunub.

Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin çıxışında Azərbaycanla Rusiyanın 70 il bir ölkənin tərkibində yaşadığını qeyd edib.

"İndi bu ölkələr müstəqildir, hər birinin öz geosiyasi maraqları var. Rusiya Azərbaycana bir dövlət kimi xüsusi önəm verir. Burada orta və yaşlı təbəqənin rolu böyükdür. Sevindirici haldır ki, gənclər də bu əlaqələrə dəstək verirlər. Azərbaycan Rusiya üçün regiondakı problemlərin həll olunmasında ən əsas tərəfdaşdır", - səfir əlavə edib.

Forum zamanı panel müzakirələrin aparılması, həmçinin Bakıda tanışlıq məqsədi ilə gəzintilərin və Naxçıvan Muxtar Respublikasına səfərin təşkil edilməsi planlaşdırılır. Tədbir noyabrın 24-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti