...

Elmar Məmmədyarov avstriyalı jurnalistlərə Avropada insan hüquqları ilə bağlı vəziyyətlə tanış olmağı məsləhət gördü

Siyasət Materials 11 Sentyabr 2014 23:31 (UTC +04:00)


Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət regionun başqa ölkələrindən, hətta Avropadan da daha yaxşıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın XİN rəhbəri ilə görüşün sonunda keçirilən mətbuat konfransında bildirib.

"İnsan hüquqları və demokratik dəyərlərin pozulmasında Azərbaycanı ittiham etməzdən əvvəl mən Avstriya jurnalistlərinə regionun və hətta Avropanın başqa ölkələrində insan hüquqları ilə bağlı vəziyyətlə tanış olmağı məsləhət görərdim. Avropa Birliyinin fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmətdir. Əgər jurnalist başqa ölkənin ərazilərinə qanunsuz baş çəkirsə, onda bu qanun pozuntusundur", - Məmmədyarov Azərbaycanın avstriyalı jurnalistə vizanın veriməməsini şərh edərkən bildirib.

E.Məmmədyarov deyib ki, avstriyalı jurnalisti Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edib və ona vizanın verilməsindən imtina bununla bağlıdır:

"Hamı başqa ölkələrin qanunlarına hörmət etməlidir və Avropa institutlarının arxasında gizlənməməlidir".

Öz növbəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurts qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə onun ölkəsinin jurnalistinin səfəri qanunsuz idi.

"Mən Azərbaycan tərəfinin narahatlığını anlayıram. Azərbaycanın işğal edilmiş ərazilərinə Avstriya jurnalistinin səfəri qanunsuzdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti