...

Azərbaycanlı bəstəkar Aqşin Əlizadə "Ümid valsı"nı hədiyyə etdi

Cəmiyyət Materials 20 İyun 2008 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Bu gün Opera və Balet Teatrında "Ümid valsı" baletinin ümumi baxışı təşkil olunub. Librettonun bəstəkarı və müəllifi-Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor Aqşin Əlizadədir.

"Tamaşamla insanlara ümid bağışlamaq istəyirəm. Həmişə işıqlı gələcəyi inanırıq. Mən çoxdadındır ki, bu cür balet əsərini yaratmaq istəyirdim. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynəlabdin Tağıyevdir",-deyən A. Əlizadə TrendLife-a bildirib.

Xatırladaq ki, bu Aqşin Əlizadənin sayca üçüncü baletidir. Tamaşanın baletmeysteri tanınmış xoreoqraf Pulumb Aqilıu, dirijoru Cavanşir Cəfərov, rəssamı əməkdar rəsam Tahir Tahirovdur. Əsas rolları Azərbaycanın əməkdar artistləri Kamilə Hüseynova və İslam İslamov ifa edirlər.

Xəbər lenti

Xəbər lenti