...

Azərbaycanda 836 uşaq övladlığa verilib - RƏSMİ

Cəmiyyət Materials 14 Fevral 2026 13:13 (UTC +04:00)
Azərbaycanda 836 uşaq övladlığa verilib - RƏSMİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2020-ci ildən indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422 nəfəri oğlan, 414 nəfəri qızdır.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilir ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətlərinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində isə ötən dövrdə dövlət uşaq müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla 854 uşaq öz ailələrinə qaytarılıb. Həmçinin 856 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti