Ağcabədi. Trend:
13.02.2026-cı il tarixində saat 20:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
"Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.
2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir", - qurumdan əlavə olunub.
Qeyd edilib ki, hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
xxx
00:29
Ağcabədidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb. Hadisə Yanğınsöndürən bölməsinin qarşısında qeydə alınıb.
Trend-in yerli müxbirinin məlumatına görə, rayon sakini Rzayev Hacımirzə Mərdan oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Bu zaman avtomobil Yanğınsöndürən bölməsi əməkdaşlarına məxsus şəxsi minik maşınlarına çırpılıb.
Qəza nəticəsində Rzayev Hacımirzə Mərdan oğlu və Cəfərov Rəhman Anar oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isə həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
