...

"Atletik"in futbolçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

İdman Materials 14 Fevral 2026 04:11 (UTC +04:00)

Bakı. Trend:

"Atletik"in futbolçusu Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Liverpul" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

"Qırmızılar" Nikonu Məhəmməd Salahın davamçısı kimi düşünür. "Liverpul" 23 yaşlı oyunçu üçün onun klubuna 95 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Bilba təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti