Bakı. Trend:
"Kəpəz" heyətini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gəncə təmsilçisi Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, son klubu “Sabah” olan Camal müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib. Cəfərov 2023-2024 və 2024-2025-ci illər mövsümünü "Kəpəz"də keçirib.