...

Ölkə ərazisindən aşkarlanan silah-sursatın sayı məlum olub

Hadisə Materials 14 Fevral 2026 11:22 (UTC +04:00)
Ölkə ərazisindən aşkarlanan silah-sursatın sayı məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 9 tüfəng, 3 patron darağı və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 5,2 kiloqrama yaxın narkotik vasitə və 303 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti