...

"Starlink"in aktiv istifadəçilərinin sayı 10 milyon nəfəri ötüb - Mask

Dünya xəbərləri Materials 14 Fevral 2026 17:36 (UTC +04:00)
"Starlink"in aktiv istifadəçilərinin sayı 10 milyon nəfəri ötüb - Mask
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Starlink” peyk internetindən aktiv yararlanan istifadəçilərin sayı 10 milyon nəfəri ötüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder, “SpaceX” şirkətinin sahibi İlon Mask açıqlamayıb.

“Starlink” şirkəti 160 ölkədə, bölgədə və başqa regionlarda 10 milyondan çox aktiv müştərini yüksək-sürətli internetlə təmin edir. Bütün dünyadan olan müştərilərimizə təşəkkür edirəm”, - İlon Mask bildirib.

Xatırladaq ki, bundan təkcə 3 ay əvvəl “Starlink” istifadəçilərinin sayı təqribən 8 milon idi, 2025-ci ildə isə həmin göstərici 7 milyon nəfər təşkil edib.

“Starlink” “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk sistemidir və kosmosdan yüksək sürətli genişzolaqlı internetə çıxış təmin etmək məqsədi daşıyır. Aşağı Yer orbitində (LEO) yerləşən minlərlə peykdən istifadə etməklə, sistem planetin ən ucqar və çətin əlçatan bölgələrində belə sabit və aşağı pinqli (gecikməli-red.) internet bağlantısı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti