...

İranın Azərbaycana qeyri-neft məhsul ixracı azalıb

Dünya xəbərləri Materials 14 Fevral 2026 12:25 (UTC +04:00)
İranın Azərbaycana qeyri-neft məhsul ixracı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 10 ayı (21 mart 2025-20 yanvar 2026) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə (20 mart 2024 -19 yanvar 2024) müqayisədə dəyər baxımından 15,3%, çəki baxımından 1,12% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikada bildirilir ki, cari İran ilinin 10 ayı ərzində İran Azərbaycana təxminən 485 milyon dollar dəyərində 719 min ton qeyri-neft məhsulları ixrac edib.

Ötən İran ilinin 10 ayı ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 573 milyon dollar dəyərində 727 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 10 ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi 496 milyon dollar dəyərində 724 min ton təşkil edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 17,3%, çəki baxımından 1,9% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 10 ayı ərzində İranın məhsul ixracı 45 milyard dollar dəyərində 130 milyon ton təşkil edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 6,3% azalıb, çəki baxımından 1,44% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti