Bakı. Trend:
Avropa ölkələri müdafiə məsələlərində ABŞ-dən asılılığı azaltmalı və öz aralarında əməkdaşlığı daha da gücləndirməlidirlər.
Trend xəbər verir ki, bu fikir Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən Münhen Təhlükəsizlik Konfransında səsləndirilib.
Baş nazirin Ofisi tərəfindən yayılan mətndə bildirilir: “Biz artıq "Brexit" dövrünün Britaniyası deyilik. Çünki anlayırıq ki, təhlükəli dövrlərdə yalnız özümüzə qapanaraq nəzarəti təmin edə bilmərik, əks halda onu itirəcəyik. Buna yol verməyəcəyik”.
Starmer bunun tarixi dərs olmaqla yanaşı, bu günün reallığı olduğunu vurğulayıb və “Avropa NATO-su”nun yaradılması ideyasını irəli sürüb.