...

Meksikada qızılca xəstəliyi yayılır, ölənlər var

Dünya xəbərləri Materials 14 Fevral 2026 05:31 (UTC +04:00)

Bakı. Trend:

Meksikada 2025-ci ildən başlayan qızılca epidemiyası 28 nəfərin ölümünə səbəb olub.

Trend xəbər verir ki, bu barədə Meksikanın səhiyyə naziri David Kerşenobiç məlumat verib. Rəsmi məlumatlara görə, ölkədə indiyədək 9074 yoluxma faktı qeydə alınıb. Prezident Klaudiya Şeynbaum ölkənin kifayət qədər, 28 milyon doza peyvənd ehtiyatına malik olduğunu bildirib. Paytaxt Mexikoda ictimai yerlərdə - metro stansiyaları, mağaza və parklarda 124 peyvəndləmə məntəqəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti