Bakı. Trend:
İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Maykl Kerrik ötən ayın ən yaxşısı seçilib.
45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv yanvarda Premyer Liqada keçirildiyi hər iki oyunda qələbə qazanıb. "Qırmızı şeytanlar" "Mançester Siti" və "Arsenal"a qalib gəlib.
