...

İsrail ordusu Qəzzanın şimalında terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 Fevral 2026 20:00 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağında hərbi personal üçün təhlükə yaradan terroruçunu məhv edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Qəzza zolağının şimalında fəaliyyət göstərən hərbi qüvvələr sarı xətti keçən və əsgərlərə yaxınlaşan bir terrorçunu aşkar edib və bu, onların təhlükəsizliyinə birbaşa təhlükə yaradıb. Şəxsiyyət müəyyən edildikdən sonra hərbçilər təhlükəni aradan qaldırmaq üçün terrorçunu zərərsizləşdiriblər", - deyə açıqlamada bildirilib.

Mətbuat xidməti qeyd edib ki, İsrail bölmələri Qəzza zolağında “atəşkəs razılaşmasına uyğun olaraq yerləşdirilmiş vəziyyətdə qalır” və “istənilən birbaşa təhlükəni aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti