...

"Milan" Luka Modriçlə bağlı qərar verdi

İdman Materials 13 Fevral 2026 18:39 (UTC +04:00)
"Milan" Luka Modriçlə bağlı qərar verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası nəhəngi xorvatiyalı yarımmüdafiəçinu komandada saxlamaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Rossoneri" Modriçin sözləşməsinin müddətini 1 il uzatmağı planlaşdırır. 40 yaşlı futbolçu özü də klubda qalmaqdan məmnundur.

Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti