Bakı.Trend:
Biləsuvarda 10 kilovotluq elektrik xəttində baş verən qəzanın fəsadları aradan qaldırılıb.
Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilir ki, qəza səbəbindən elektrik təchizatının fasilə verildiyi ərazilərə işığın verilişi bərpa edilib.
xxx
13:01
Biləsuvarda 10 kilovotluq elektrik xəttində qəza baş verib.
Trend xəbər verir ki, qəza nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.
"Rayon mərkəzində elektrik təchizatında fasilə yaranan ərazilərdə işıq 1 saat ərzində bərpa ediləcək", - deyə qurumdan əlavə edilib.
Qeyd edək ki, bəzi yerli media orqanlarında transformatorda partlayış olması ilə bağlı məlumat verilib. "Azərişıq" ASC isə bu iddianı təkzib edir.
