...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 14 Fevral 2026 14:41 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,83 ABŞ dolları və ya 1,2% artaraq bir barel üçün 70,83 ABŞ dolları təşkil edib.

Həftə ərzində bir barelin maksimal qiyməti 71,21 ABŞ dolları, minimal qiyməti isə 69,57 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 68,34 ABŞ dolları səviyyəsində olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,87 ABŞ dolları və ya 1,3% çoxdur.

Həftə üzrə ən yüksək qiymət 69,78 ABŞ dolları, minimal qiymət isə 66,99 ABŞ dolları təşkil edib.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1 ABŞ dolları və ya 2,5% artaraq bir barel üçün 40,32 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 41,68 ABŞ dolları, minimal qiymət isə 39,49 ABŞ dolları səviyyəsində qeydə alınıb.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 71,70 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,81 ABŞ dolları və ya 2,6% çoxdur. Həftə ərzində bu markalı neftin maksimal qiyməti 73,12 ABŞ dolları, minimal qiyməti isə 70,33 ABŞ dolları olub.

Neft/Tarix

09.02.2026

10.02.2026

11.02.2026

12.02.2026

13.02.2026

Orta qiymət

Azeri LT CIF

$71.21

$71.14

$72.20

$70.03

$69.57

$70.83

Azeri Light FOB Ceyhan

$68.72

$68.65

$69.78

$67.55

$66.99

$68.34

Urals (EX NOVO)

$40.80

$40.63

$41.68

$39.49

$38.98

$40.32

Dated Brent

$72.11

$72.04

$73.12

$70.88

$70.33

$71.70

Məqalədə:
Xəbər lenti

Xəbər lenti