...

"Real"ın yarımmüdafiəçisi ərəblərin hədəfindədir

İdman Materials 13 Fevral 2026 20:26 (UTC +04:00)

Bakı. Trend:

"Əl-İttihad" "Fənərbaxça"ya keçən Nqolo Kanteyə əvəzləyici tapıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Real"da çıxış edən Eduardo Kamavinqanı transfer etmək istəyir.

"Əl-İttihad" fransalı yarımmüdafiəçini yayda heyətinə qatmağa çalışacaq. Ərəblər 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün böyük maliyyə paketi hazırlayır.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti