...

İŞİD üzvü olmuş minlərlə məhbus İraqa təhvil verilib – ABŞ hərbi komandanlığı

Dünya xəbərləri Materials 13 Fevral 2026 17:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı hərbçilər Suriyadakı həbsxanalardan İŞİD terror qruplaşmasının təxminən 5700 üzvünün İraqa köçürülməsi əməliyyatını başa çatdırıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTKOM) məlumat yayıb.

Məlumata görə, proses fevralın 12-də yekunlaşıb.

“23 günlük daşınma əməliyyatı yanvarın 21-də başlayıb və ABŞ qüvvələri tərəfindən Suriyadakı həbs yerlərindən 5700-dən çox İŞİD döyüşçüsünün İraqa uğurlu şəkildə köçürülməsi ilə başa çatıb”, – deyə komandanlığın açıqlamasında bildirilir.

Daha əvvəl CENTKOM ABŞ qüvvələrinin Suriya ərazisində saxlanılan İŞİD tərəfdarlarının İraqa daşınmasına başladığını açıqlamışdı. Komandanlıqdan qeyd olunub ki, İraq ərazisinə göndəriləcək döyüşçülərin sayı 7 min nəfərə çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti