Bakı. Trend:
Rusiyanın Kazan şəhər aeroportunda sərnişin təyarəsi sürüşərək uçuş zolağından çıxıb. Kazan-Moskva reysi ilə uçmalı olan təyyarənin göyərtəsində 158 nəfər olub.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, insidentdən sonra bütün sərnişinlər və ekipaj üzvləri təxyilə olunub. Sərnişinlər bir neçə saatdan sonra rezerv təyyarə ilə Rusiya paytaxtına yola salınıb.
Yerli prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb. Aviaşirkətdən bildiriblər ki, hadisə uçuş-eniş zolağındakı asfaltın sürüşkən olması səbəbindən baş verib.
Hazırda Tatarıstan bölgəsində intensiv yağıntılar səbəbindən əlverişsiz hava şəraiti müşahidə olunur.
