...

Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2026 16:40 (UTC +04:00)
Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və koordinatorun müavini Kürşad Özdemirlə görüşüb.

Elnur Rzayev iki ölkə arasında səmimi və qarşılıqlı dostluq münasibətlərinin əhəmiyyətindən danışıb. Xaçmaz rayonunun tarixi keçmişi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə geniş məlumat verib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik ölkələrimiz arasında münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə bu il Xaçmaz rayonunda icrası nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb, icra mexanizmləri nəzərdən keçirilib.

Görüşün sonunda tərəflər arasında qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti